Vergilər Nazirliyi (VN) avqustun 10-da “PMD Hospitality” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib və holdinqin strukturuna daxil olan “PMD Group” MMC-nin törəməsidir.

Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Fərid Fərhad oğlu Musayevdir.

Xatırladaq ki, bu, “PMD Group”un son 2 ayda yaratdığı 2-ci yeni şirkətdir. Bu il iyunun 18-də VN “PDM Projects” MMC-ni dövlət qeydiyyata almışdı. Həmin şirkət də yuxarıda qeyd olunan hüquqi ünvanda, amma 10 min manat nizamnamə kapitalı ilə yaradılıb. PDM Projects”in qanuni təmsilçisi Dəyanət Bayrambəy oğlu Sədullayevdir.