Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakıxəbər.az-a verdiyi məlumata görə,Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı
İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata
keçirilir.
Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə
quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Padar stansiyasında 14 ədəd yeni yoldəyişən qurğu
quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı
İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata
keçirir.