Gününsəsi.info sayıtının baş redaktoru Pərviz Həşimli öz facebook hesabında status paylaşaraq baş redaktoru olduğu gununsesi.info-nun ölkə daxilində bloklanmasına münasibət bildirib. Həmin status təqdim edirik:

Nə xəbərdarlık, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandı. Istintaqa çəkildim. Iltizama imza atdıqımdan detalları demirəm. Bildirirəm ki, qarşıma qoyulan 10 yazının 5 -i Baş Prokurorluğa istinadən gedən yazılar idi.Qalanları da təkzibi mümkün olmayan xəbərlərdi. Bütin bunlar azmış ölkədən çıxışıma da stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım,sərhəddən meni buraxmadılar. Şahid qismində dindirildiyimi nəzərə alsaq o zaman bu hərəkəti qanunsuz hesab edirəm. Sayt işlətmə deyə ismarıcların da qəbul elədik. Susub zamanın axarına buraxdık. Amma bu qadağalar nəyə lazım. Ümid edirəm ki, prokurorluq heçolmasa bu dəfə mənə qarş ədalətli olacaq.