Özbəkistan prezidenti Şavkat Mirziyoyev respublikanın müstəqilliyinin 27-ci ildönümü ərəfəsində rusiyalı iş adamları Əlişir Usmanovu və Vahid Ələkbərovu “El yurt hurmati” (“Ümumxalq hörmət”) və “Dustlik” ( “Dostluq”) ordeni ilə təltif edib.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin Mətbuat xidmətindən məlumat veriblər.

Ş.Mirziyoyevin fərmanlarının mətnlərində Ə.Usmanovun Özbəkistan və Rusiya Federasiyası arasında iqtisadi, ictimai və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə, V.Ələkbərovun isə neft-qaz kompleksinin inkişafına verdiyi təhfəyə, həmçinin Özbəkistanın karbohidrogen ehtiyatlarından istifadənin effektivliyini artırdığına görə təltif edildiyi göstərilib.