2018-ci ildə Azərbaycanda çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib: “Ümumilikdə isə, indiyədək Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda 103 MMMC yaradılıb”.