“Qızıl Ulduz” medalı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə edilir.

Bakıxəbər.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.

Bu medal “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci (Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin) maddəsində ilk sıraya salınır.

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.