Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinin 2 nömrəli şəxsi, Oktarın “sağ əli” adlandırılan Tarkan Yavaş sosial şəbəkə hesabından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və MHP sədri Dövlət Baxçalıya müraciət edib.

Bakıxəbər.az xəbər verir ki, 28 iyunda ingilis dərin dövlətinin Adnan Oktar və tərəfdarlarına qarşı əməliyyat keçirəcəyini elan etdiyini bildirən Yavaş Türkiyə dövlətinə inandıqlarını açıqlayıb.

Yavaş Qurandan bir sıra ayələri paylaşdıqdan sonra Ərdoğan və Baxçalıya müraciət edib:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Dövlət Baxçalı icmamıza qarşı təşkil olunan bu təxribata qarşı səssiz qalmayacaqdır”.