ABŞ-ın ən iri şəhərlərindən Nyu-Yorkunsakinləri şəhəri kütləvi şəkildə tərk edir.

Bu barədə “Report” “New York Post” nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, hər gün təxminən 100 nəfər şəhərdən gedir. Şəhəri tərk edənlərin əksəriyyəti orta sinfin nümayəndələridir.

Məlumata görə, sakinlər şəhəri yüksək vergilərə və yaşayış xərclərinin çox olmasına görə tərk edir.

Analoji kütləvi miqrasiya ötən əsrin 30-cu illərində, “Böyük depressiya”vaxtı qeydə alınıb.

Qeyd edək ki, Nyu-York bu il dünyada ən çox turist axını olan şəhərlər sırasında yer alıb.