Noyabr 23-də Gürcüstanın Tbilisidə 16 yaşlı qızlar arasında Şərqi
Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb.
Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və
Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə
aparırlar. Emin Əbilovun rəhbərlik etdiyi komanda ilk matçını Ukrayna
millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesabı ilə qələbəsi ilə
yekunlaşıb. AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda
Azərbaycan yığması növbəti oyununu bu gün ev sahibi Gürcüstana qarşı
keçirəcək. Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA)
çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa
çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın
reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa
çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının
II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20
komanda mübarizə aparacaq.
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrup: Belarus, Estoniya, Litva, Polşa.
Oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan 0-3 (11-25, 12-25, 11-25) Ukrayna
2019-11-23. 17:30. Gürcüstan 0-3 (06-25, 11-25, 11-25) Rusiya
2019-11-24. 15:00. Gürcüstan 0-3 (06-25, 25-27, 12-25) Latviya
2019-11-24. 17:30. Rusiya 3-0 (25-16, 25-11, 25-12) Ukrayna
Növbəti oyunlar:
2019-11-25 10:00 Latviya – Rusiya
2019-11-25 15:00 Azərbaycan – Gürcüstan
2019-11-26 12:30 Rusiya – Azərbaycan
2019-11-26 17:30 Ukrayna – Latviya