Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini vurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 7-də saat 22 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)