Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək”.

Onun sözlərinə görə, yanvarın 8-9-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 3-6 dərəcə arasında dəyişəcək”.