Nigeriyanın şimal-şərqində son 1 həftədə “Boko Haram” terrorçu qruplaşmasının 105 silahlısı öldürülüb.

Bakıxəbər.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Nigeriya Ordusunun sözçüsü Musa Sagir deyib.

Onun sözlərinə görə, ordu ölkənin Yobe əyalətində “Boko Haram”a qarşı əməliyyat keçirib.

Əməliyyatda 100-dən çox terrorçunun məhv edildiyini bildirən M.Sagir çox sayda silah-sursatın da ələ keçirildiyini vurğulayıb.

Bundan başqa, o, əməliyyat zamanı 2 ordu əsgərinin də yaralandığını deyib.