Nigerdə silahlıların hərbi düşərgəyə hücumu zamanı 70-ə yaxın əsgər həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Mali ilə sərhəd yaxınlığında qeydə alınıb. Hücum nəticəsində həmçinin xeyli sayda hərbçi yaralanıb.

Məlumata görə, terrorçular düşərgəni ələ keçirməyə və gecəni ona nəzarət etməyə nail olublar. Yalnız əlavə qüvvələrin köməyindən sonra silahlıları düşərgədən çıxarmaq mümkün olub.

Təhlükəsizlik orqanlarındakı mənbənin məlumatına görə, toqquşma zamanı 57 terrorçu məhv edilib.

Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.