Bakı vaxtı ilə 13:12-ə olan məlumata görə, “Brent” markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1,14% azalaraq 58,09 dollar/barelə düşüb.

Bakıxəbər.az xəbər verir ki, WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 1,03% azalaraq 49,77 dollar təşkil edib.

“Brent” neftinin bu qiyməti 2017-ci il oktyabr ayından bəri ən aşağı qiymətdir.