Neftçala rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Piriyev Cahangir Əlövsət oğlunun yaşadığı yarımtikili anidən alovlanıb. Yanğın söndürülsə də C. Piriyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.