Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Quru Qoşunların komandiri general Ümit Dündar və Hava Qüvvələri komandiri general Hasan Küçükakyüz Suriya ilə sərhəd bölgəyə gediblər.

Bakıxəbər.az xəbər verir ki, onlar İdlib bölgəsindəki rejim hədəflərinə qarşı gerçəkləşdirilən əməliyyatlara nəzarət edəcəklər.

Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.