Bakıxəbər.az xəbər verir ki, bu barədə “Tengri Nyus” yazıb.

“Açığı desəm, Nursultan Abişeviçdə məni həmişə sevindirən və təəccübləndirəm cəhət o olub ki, Nazarbayev sovet illərində karyerasına başlayıb, parlaq karyeraya sahib olub və hələ də təəccübləndirməyə davam edir. Bu o deməkdir ki, sovet keçmişinə baxmayaraq, həmişə gələcəyə köklənən insandır. Bax, bu, təccübləndirən cəhətdir”, – Putin qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, Nazarbayevin komandası onun güclü lider olduğunu xarakterizə edir:

“İlk növbədə özünü dəyərli və səmərəli, gənc insanlarla əhatə etməyi bacarır və heç vaxt yanında güclü insanları saxlamaqdan qorxmur. Bu, istənilən güclü liderin fərqli xüsusiyyətidir”.