Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bakıxəbər.az-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.