Gürcüstan gələcəkdə NATO-ya üzv olacaq, bu, sammit zamanı da təsdiqləndi.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Gürcüstanın Avroatlantik məkana daxil olmaq məqsədini dəstəkləyirik. Gürcüstan NATO üzvü olacaq, bizim liderlərimiz dünən bunu təsdiqlədilər. Biz üzvlük barədə hazırlıqlar üçün işlərə davam edəcəyik”, – Stoltenberq bildirib.