“Rusiya kimi ölkələri daha konstruktiv siyasət yürütməyə çağırırıq. Əfqanıstanda sülh və sabitliyin bərqərar olması təkcə ABŞ və NATO-nun maraqlarına uyğun deyil”.

Millətçilik.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana bildirib.

Onun sözlərinə görə, Alyansın əsas vəzifəsi Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə xidmət edən hərbçilərin təhlükəsizliyini təmin etməkdir.

“The New York Times” qəzetinin qalmaqallı məqaləsi ilə bağlı ünvanlanan sualı NATO rəsmisi belə cavablandırıb: “Alyans kəşfiyyatla bağlı informasiya “sızmalarına” münasibət bildirmir”.

Qeyd edək ki, “The New York Times”da dərc edilən məqaləyə əsasən, Rusiyanın hərbi kəşfiyyatı amerikalı, eləcə də beynəlxalq koalisiyanın hərbçilərini öldürən “Taliban” hərəkatı ilə əlaqəsi olan Əfqanıstan silahlılarına mükafat təklif edib.