Bakının Nardaran qəsəbəsinin sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, həmin şəxs Sabunçu rayonunun Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xəlilovdur. O, aparılan profilaktiki tədbirlər nəticəsində 1 ədəd müvafiq sənədləri olmayan “İJ-18 markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.