“Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Naftalan şəhəri və Goranboy rayonunda şəhid və qazi ailələrinə sovqatlar çatdırılıb. Bu məqsədlə millət vəkili Anar Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov, o cümlədən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.

​Rəsmillər və türkiyəli qonaqlar Vətən müharibəsində şəhid olanların ailəsinə baş çəkiblər. Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.
​”Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.
​Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir.
​”Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Naftalan şəhərində bütün şəhid və qazi ailələrini əhatə edib.