Naftalanda piyadanı maşınla vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.