Artıq qəhrəman Azərbaycan Ordusu  gecə saat 00:00-dan etibarən Kəlbəcər rayonuna girişi minalardan təmizləməyə başlamış və müzəffər  Azərbaycan Ordusu hər iki istiqamətdən rayon ərazisinə doğru Azərbaycan Bayrağı altında irəliləməyə başlamışlar.Bu kadrları izləyərkən ,hər bir vətənpərvər kimi ,keçirdiyim qürurverici hissləri sözlə ifadə etmək mümkün deyil.

Bu an nədənsə xatirimdə bu misralar canlandı:

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya- ağlaya köçən Kəlbəcər!

Nəhayət ,27 illik həsrətdən sonra bu gün həmin o gündür, deyə bilirik! Ali Baş Komandanın da vurğuladığı kimi-“Biz qayıdırıq!”

Qəhrəman Azərbaycan Ordusunun döyüş meydanında böyük zəfərindən sonra Ermənistan kapitulyasiyaya məcbur olaraq “ağ bayraq”qaldırdı.Əldə olunan razılaşmanın 6-cı bəndinə əsasən noyabrın 15-dək Kəlbəcər əsl sahiblərinə qaytarılmalı idi.Hər dəfə olduğu kimi ,bu dəfə də rəzil duruma düşən Ermənistan utanmadan,çəkinmədən havadarlarının vasitəsilə müxtəlif bəhanələr gətirərək əlavə 5 gün möhlət istədi.Hər situasiyada humanizm prinsiplərini əsas tutan Azərbaycan tərəfi bu dəfə də ənənəsinə sadiq qaldı.Baxmayaraq ki,yurd yerlərimizi tərk edərkən ermənilər oranı viran qoyur ,yandırır,talan edir,əraziləri minalamaqdan belə çəkinmirlər.Bu dəfə də güzəştə getməklə Ali Baş Komandan öz Aliliyini bir daha  bütün dünyaya sübut etdi.Amma nədənsə ermənilərə havadarlıq edən bəzi dövlətlər bu dəfə də bu azğınlığa göz yumurlar.Hesab sormağa gələndə yalnız Azərbaycan tərəfi yada düşür.Bu vandalızmi,barbarlığı görməzdən gəlmək onları da rəzil duruma salır.

Ali Baş Komandanın bu gün,yəni,25 noyabar 2020-ci il saat 12:00-da xalqa etdiyi zəfər müraciətində də qeyd etdiyi kimi,artıq təcavüzkarın kimolduğunu hər kəs bilir.Biz buna nail olduq.

Bəli ,Ali Baş Komandan! İstər bir hüquqşünas,istərsə də vətənini sevən bir azərbaycanlı kimi əminliklə deyə bilərəm ki, bu qısa zaman kəsiyində,yəni,44 gün  davam edən Vətən savaşı dövründə bu həqiqətləri bütün dünyaya Siz çatdırdınız! Hesab edirəm ki,bu hər birimizin fikridir.Bir çox dünya liderlərinin edə bilmədiyini bu 44 gün ərzində Siz etdiniz!

Hesab edirəm ki,bu hər birimizin fikridir.

 Döyüş meydanındakı qətiyyətiniz Ordumuzu ruhdan düşməyə qoymadı!İnformasiya savaşındakı cəsarətiniz xalqımızı ətrafınızda səfərbər etdi! Budur qələbəyə aparan yol!

Ona görə də  bu gün böyük fəxrlə və qürur hissi ilə,olməz şəhidlərimizin qisasını alaraq, sübut edirik ki:

KƏLBƏCƏR BİZİMDİR!

QARABAĞ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!

                                                                       Çingiz Dadaşov-hüquqşünas,

                                                                       “Demokratik İnkişafın Təşviqi” İB-nin sədri.