Moldova parlamentinin deputatları ölkə Konstitusiyasına Avropa İttifaqına inteqrasiya ilə bağlı maddələrin salınmasına qarşı səs veriblər.

Bakıxəbər.az RT-yə istinadən xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat verib.

Məlumata görə, müvafiq təşəbbüs cəmi 54 deputat tərəfindən dəstəklənib, onun reallaşması üçün isə azı 67 səs lazım idi.

“Sputnik Moldova” bildirir ki, təşəbbüsün əleyhinə çıxanlar sotsialistlər və kommunistlər olub, liberallar və liberal-demokratlar isə səsvermə başlamazdan əvvəl iclası tərk ediblər.