Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti
oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. I dövrənin növbəti
matçı yanvarın 10-da təşkil olunacaq.
Həmin gün saat 17:00-da “MOİK” “Murov”u sınağa çəkəcək. Görüş
Voleybol Mərkəzində keçiriləcək.
Ertəsi gün “Neftçi” “Express”lə münasibətinə aydınlıq gətirəcək. Bu
qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start
fiti saat 14:00-da veriləcək.
Qeyd edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, “MOİK” “Azərreyl”ə
3:0 hesabı ilə qalib gəlib.