Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalq görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.