Çexiyadan olan turist Misirin məşhur Marsa Alam kurortunda köpək balığının qurbanı olub.

Bakıxəbər.az xəbər verir ki, hadisə turist sahildən 20 km aralıda akvalanqla suyun dərinliyinə dalan zaman baş verib.

Ölən şəxsin qalıqları kurort şəhərinin çimərliyində aşkar edilib. Bildirilir ki, kişi istirahətə həyat yoldaşı və uşağı ilə gəlib.