Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadissəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Xaldan şossesində qeydə alınıb.

Belə ki, “VAZ 21099” markalı avtomobil Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Abdullayeva Mətanət Caməddin qızını vurub. Kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.