Milli Məclisin deputatları bu həftə tətilə çıxır.

Bakıxəbər.az xəbər verir ki, parlamentin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası dekabrın 28-də, həftənin cümə günü keçiriləcək.

Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaq. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.