Bir neçə il bundan öncə Azərbaycanın bir rayonunda mədəni-kütləvi bir tədbir keçirilirdi. Həmişə olduğu kimi tədbirin rəsmi hissəsindən sonra şeir, mahnı və xalq rəqsləri gəlirdi. İş elə gətirmişdi ki, təsadüfən həmin rayonda olan Avropadan gəlmiş əcnəbi alimlər də bu tədbirdə iştirak edirdilər. Tədbirdə xalq mahnıları, şeirləri və milli rəqslər onların çox xoşuna gəldi. Amma tədbirdə bir kazus baş verdi…

PROBLEM

Deməli, tədbirdə şeir deyən bir məktəblinin çıxışı oldu. Şeir vətənpərvər ruhda yazılmışdı və milləti erməni işğalçılarına qarşı mübarizəyə, qisasa, 1918-ci il Mart soyqırımına, Xocalı qırğınına görə intiqama səsləyirdi. Məktəblinin çıxışı tədbirdə qonaq qismində iştirak edən avropalı alimlər tərəfdən birmənalı qarşılanmadı. Belə ki, tədbirdən sonra əcnəbilər onları müşayiət edən azərbaycanlı alimə suallar yağdırmağa başladılar. Bildiyim qədər sual-cavabın mövzusu belə idi ki, niyə siz azərbaycanlılar uşaqlarınıza erməniyə nifrəti və intiqam hissini aşılayırsınız. Cavab bu oldu ki, ermənilər də bizə və ümumilikdə Türk Dünyasına qarşı irqçi nifrəti öz uşaqlarına aşılayırlar. Bu cavaba rəğmən yeni bir sual yağışı başladı: ermənilər türklərə bu nifrətlə nə qazandılar? Bu nifrətlə özləri bir daha da bədbəxt oldular. Siz də qarşılıqlı nifrətlə öz gələcək nəsillərinizi bədbəxt edirsiniz?

Onları müşayiət edən ziyalımız bu sualları çox gözəl cavablandırdı. Bildirdi ki, ermənilərin bu günə düşməsində həm o zaman, həm bu gün Avropa siyasi dairələrinin də, Rusiyadan geri qalmayaraq az günahı olmayıb. Uydurulmuş nifrət erməniləri millət kimi birləşdirdi və bu xırda dini təriqət bizim torpaqlarda öz “dövlətciyini” qurdu və indi də sərhədlərini genişləndirməkdədir, bizim torpaqlar hesabına, bizi kütləvi şəkildə məhv etmək hesabına… Həm də torpaqlarımızı işğal altında saxlayan, millətimizə qarşı soyqırımlar, vəhşiliklər törədən ermənilərə, beşdə biri qaçqın olan millətimiz sevgi bəsləyəcəkdirmi?

Bəri başdan deyək ki, erməni işğalçılarına qarşı uşaqlarımızda nifrət tərbiyə etməyimiz — bizim daxili işimizdir və nə həmin avropalı qonaqların, nə yad bir kiminsə bizi bu məsələdə ittihamı bizim heç vecimizə də deyil. Amma unutmaq lazım deyil ki, bəlkə həmin o əcnəbi alimlərdən kimsə gedib beynəlxalq KİV-də “Azərbaycanda uşaqları ermənilərə qarşı nifrət hissilə tərbiyə edirlər!” başlıqlı bir müsahibə verə bilərdi. Onda ermənilər də bu göydəndüşmə yazını nəyi var piarlayacaqlar! Necə ki, bizdə hər il Aşuradakı əzadarlığı əks etdirən videoçəkilişləri erməni separatçıları bütün dünyaya tirajlayıb, “baxın, biz bu fanatiklərlə necə bir dövlətdə yaşaya bilərik?!”- deyə öz xeyirlərinə təbliğat aparırlar.

Əlbəttə, hansısa əcnəbinin xaricdə bu cür mümkün çıxışı bizim milli mənafelərə, ilk növbədə millətimizin imici və piarına ciddi zərbədir. Xarici ölkələrdə, Rusiyanın özündə belə, ermənilərin nəzarətində olduğu kimi ictimai şüura təsir edən KİV-lərimiz yoxdu və anti-Azərbaycan selini, biz balaca bir damla ilə dayandıra bilmərik.

Digər tərəfdən, elə yuxarıda göstərdiyimiz hadisədə bir həqiqət də var. Avropalılar, xüsusilə, artıq 70 il müharibə və nifrətdən uzaqdadırlar. Hətta, siyasətdən və ermənipərəstlikdən uzaq avropalı, amerikalı bu cür faktlarla üzləşəndə o dəqiqə öz kəskin reaksiyasını bildirir.

Beləliklə, biz dilemma qarşısındayıq. Düşmənə nifrət tərbiyə etməsək, milli intiqam hissini övladlarımıza aşılamasaq, faktiki yeni torpaq itkilərini təmin edəcəyik, uşaqlarımızı ermənilərin törədəcəyi yeni soyqırımların və zorlamaların qurbanı kimi yetişdirəcəyik.

Bu informasiyanı aşkarcasına versək, ermənipərəst Rusiya və Qərb KİV-i bu barədə daim qaraşivən qaldıracaq. Millətimiz barədə dünyada neqativ imic formalaşdıracaq. Beləliklə, odla su arasındayıq. Bəs, çıxış yolu nədir?

ÜZ VƏ İÇ

Bir faktı açıqlayaq. “Ermənistan” adlı qondarma dövlətdə olmuş bir qrup əcnəbi alim maraqlı bir faktı açıqlayıb. Onlar çox da bahalı olmayan və ermənilərin özlərinki kimi qələmə verdikləri Azərbaycan təamlarını təqdim edən balaca bir kafedə tez-tez yığışırmışlar. Ofisiant təamları “erməni milli qablarında” verirdi. Maraqlıdır ki, süfrə arxasında oturmuş avropalı alimlərdən biri o dəqiqə bu qabların e.ə. 4-cü minilliyin sonundan 3-cü minilliyin əvvəlinədək, yəni bu günümüzdən 5-6 min il əvvələ aid, elmdə “Kür-Araz” adlanan arxeoloji mədəniyyətin qablarına oxşarlığını anlayıb. Doğrudur, kafedə verilən qablar müasir dövrdə hazırlanıb. Bununla ermənilər nə demək istəyirdilər? Yəni, ən azından guya ermənilərin əcdadları 5-6 min il əvvəl Cənubi Qafqazda olmuşlar, ermənilər Kür-Araz mədəniyyətinin varisləridir və bu mədəniyyətin yayılma ərazisi də “qədim ermənilərə” məxsus idi?

Yaxşı, “ermənistana” gəlmiş qonaqlara ilk tunc dövrü qablarına oxşar qablarda restoran və kafelərdə təamlar vermək kimi fikir bu kafelərdə çalışan adi ofisiantların, hətta kafe müdirlərinin ağılının səviyyəsi deyil. Aydındır ki, bu,  “ermənistanın” dövlət orqanlarında yer almış geniş bilikli adamların ideyasıdır. Çünki o millətlər inkişaf edir ki, onların qurduğu kadr sistemi millətçi, öz mövqeyi, səriştəsi və biliyi olan adamları vəzifələrə çəkir.

Amma burada bir məsələ açıq qalır: turistlərdə ermənilərin “qədim xalq olması” barədə təəssürat yaradan qədim dulus məmulatına oxşar qablarda yemək verilməsini həmin o restoranların, kafelərin başçılarına necə anlatmışlar? Televiziyada bunu demək mümkün deyil. Çünki bunu bütün dünya bilər və ya hansısa ağıldan kəm erməni bunu dünyaya açıqlayar. Deməli, dünyadan gizlədilən, ayrı millətlərə kəf gəlmək kimi informasiyaları geniş kütləyə ötürmək üçün ermənilərin hansısa bir sistemi var. Bu sistem heç sirr də deyil. Bu sistemin adı — erməni kilsəsidir.

Bəli, məhz erməni kilsəsi millət üçün vacib sayılan, amma dünyadan gizlədilən informasiyanı geniş erməni kütlələrinə təlqin edir. Hətta, “özünüzü xarici tursitlərlə münasibətdə necə aparmalısınız”, “yad millətlərə özünüzü necə təbliğ  etməlisiniz”, “nəyi deyin, nəyi deməyin”, “hansı suallara necə cavab verin” və s. kimi operativ informasiya, biliklər ermənilərə kilsə vasitəsilə ötürülür. Bu proses hər bazar günü erməni kilsəsində aparılır.

Müxtəlif etnik mənşəyə malik, hay və qeyri-hay (şurtvats) olan xristianları “erməni” adında millətə çevirən, bu süni yaradılmış millət üçün tarix da düzəldən məhz erməni kilsəsi idi. Vahid adla özünütanımanı və özünüdərki, yəni, bazis informasiyanı da erməni kilsəsi nəsilbənəsil bu topluma ötürərək ondan millət düzəldib.  İndi də bu “erməni kilsəsi” adlı milli mexanizm İsveçrə saatları kimi qüsursuz işləməkdədir. Bilikli adamlar informasiyanı hazırlayır, kilsəyə ötürür, yad millətlərin gözündən və qulağından uzaq bu informasiyanı da kilsə geniş kütlələrə təlqin edir. Savadsız, dərin ağıla malik olmayan sıradan bir erməni də, bu ideyaları bilmək və gerçəkləşdirməkdə, öz millətinin gələcək nəsillərini təhlükəsizlik, rifah və torpaqlarla təmin etmək missiyasında özünü böyük bir canlı orqanizmin bir parçası hesab edir.

Əlbəttə, təəssüflər olsun ki, biz azərbaycanlıların, türklüyün tarixində belə mərkəz yaranmadı. Dini mərkəzlərimiz isə, nəinki müxəlif etnik köklü toplumları vahid milli özünüdərkə aparıb çıxarmadı, əksinə, hətta eyni etnik toplumu müxtəlif özünütanıtmalara (şiə, sünni, müxtəlif təriqətlər, təkyələr və s.) böldü. Hətta bu gün də özünü ruhani kimi təqdim edənlərin bəzilərinin xarici ölkə kəşfiyyatına casusluq və təxribatçılıq etməsi, xalqımızı parçalamaq, təriqət qarşıdurmasına sürükləmək, cəhalət bataqlığına yuvarlamaq təhlükəsi real olaraq qalır. Buna görə də, bu gün də belə, hüquq-mühafizə, xüsusi xidmət orqanlarımızın və milli ictimai toplumun dini mərkəzlərimizin üzərində daimi nəzarətinə ciddi ehtiyac vardır.

Beləliklə, milli mənafelərimizə lazım olan informasiyanı biz xalqımıza çatdıra bilmirik. Məscid sistemi milli informasiyanın ötürülməsi üçün uyğun deyil. TV-lərdən isə, bu cür informasiyanı yaymaq olmaz. Düşmən də bizim KİV-ləri izləyir. KİV-də bu cür informasiyanı yalnız üstü örtülü şəkildə vermək olar. Amma bunun effekti az olacaq. Çünki geniş kütləyə informasiya konkret və aydın verilməlidir, əsgərə əmr verildiyi kimi.

Yeganə vasitə isə, dövlətin nəzarəti altında olan əsas müəssisələr — orta məktəb və hərbi hissələrdir. Doğrudur, bu müəssisələrdə milli informasiya bütöv olmayacaq, birtərəfliyə malik olacaq. Məsələn, məktəblərdə biz şagirdlərə düşmənə qarşı qisasçılıq, düşmənin tarixən bizə qarşı törətdikləri vəhşiliklərdən nəticə çıxarmağı təlqin edə bilərik. Müəyyən tərbiyəni də (milli-ekoloji, milli-davranış — milli higiena, təmizkarlıq, ictimai yerlərdə və xaricilərin yanında özünü necə aparmaq) orta məktəblərdə təlqin etmək olar. Amma məktəblilərə daha ciddi informasiyanı (yadlara “nəyi demək, nəyi deməmək”, “hansı suallara necə cavab vermək” və s.) vermək olmaz. Çünki uşaqdırlar, uşaq beyni səviyyəsində də informasiya verilməlidir.

Hərbi hissələrdə xidmət edən əsgərlərə, bir qədər daha ciddi informasiya verilə bilər. Çox maraqlıdır ki, bizim hərbi hissələrdə əsgərlərimizə ermənilərin törətdiyi vəhşiliklər, əsir düşmüz qadın və uşaqlarımızın başına gətirdiyi müsibətlər barədə müntəzəm bir bədii və sənədli videofilmlər də nümayiş etdirilmir, siyasi təbliğat və milli özünüdərk təlimi yetərincə aparılmır.

Amma hərbi hissələrdə də milli informasiyanın verilməsi birtərəfli olacaq. Belə ki, orta məktəb kimi hərbi hissə sistemi də zamana görə müvəqqətidir.

İkincisi, hərbi hissə sistemində cinsi məhdudiyyət var. Ermənilərdə milli informasiyanın ötürücüsü kilsə və ailədir. Ailədə isə, uşağın milli tərbiyəsi ilə ana məşğul olur. İndi hesab edək ki, bizdə hərbi sistemdə milli informasiya və təbliğat quruldu. Amma bunu yalnız millətimizin kişi hissəsi biləcək. Kişinin isə, övladlarının tərbiyəsində rolu əsasən həlledici deyil. Elə çıxır ki, milli özünüdərkdən, milli informasiyadan məhrum analarımız, yenə də potensial manqurtları yetişdirəcək?

Məhz, ya bazis və ya operativ milli informasiyanın ötürülmədiyinə görə, bizdə yaxın gələcəkdə belə, milli özünütanımanı, milli özünüdərki əsas tutan gənclərin defisiti hiss olunacaq. Biz mütləq milli informasiyanı (bazis və operativ) ötürə biləcək sistemi formalaşdırmalıyıq…

Qarxunlu

 “Millətçilik” qəzeti