Ötən həftə Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib.

Virtualaz.org Fransada dərc olunan “Nouvelles Armenie” nəşrinə istinadən xəbər verir ki, “sənəd” Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və “sənəd” imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Bu həftə isə, Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Xocavənd bölgəsi arasındakı “Dostluq Bəyannaməsi”ni ləğv edəndən sonra Grenobl inzibati məhkəməsi də oxşar qərar verib. Arnuvil şəhərinin meri rəsmi səlahiyyət həddini aşmaqda və mərkəzləşdirilmiş əməkdaşlığı tənzimləyən qanunları  pozmaqda təqsirli bilinib.

Amma Fransanın hansısa departamentinin İnzibati məhkəməsinin qərarı bizim üçün çox balaca təsəllidir. Digər tərəfdən, məhkəmə qərarında Azərbaycanın ərazi bütövlüyü, ərazi bütövlüyünü təmin edən beynəlxalq qanunların pozulması barədə bir söz belə yoxdur.

QARABAĞ — ERMƏNİLƏRƏ VERİLMİŞ VƏD?

I Dünya müharibəsində Osmanlı imperiyasının məhv edilməsi işində Antanta ölkələri (Fransa, İngiltərə, Rusiya, daha sonra ABŞ) tərəfindən ermənilərə “böyük ermənistan” vəd edilmişdi. Bu hipotetik areala Anadolunun cənub limanı İskəndərundan şimaldakı Trabzona kimi ərazilər daxil olmalı idi. Müharibə başlayan kimi erməni quldur dəstələri Osmanlı ordusuna arxadan zərbə vurmağa, rus qoşunlarının işğal etdikləri Anadolu ərazisində müsəlman əhalini yer üzündən silməyə başladılar. Amma nə ermənilər, nə də Antanta elitaları gözləmirdilər ki, Osmanlı rəhbərliyi ermənilərin 1915-ci ilin aprel fərmanı ilə rus-türk cəbhəsi xəttindən imperiyanın cənubuna köçürəcəkdi.  Digər tərəfdən, 1917-ci ildə rus bolşeviklərinin Moskvada hakimiyyəti tutması Rusiya imperiya ordusunun dağılmasına, kütləvi fərrarilik və özbaşınalığa, Rusiyanın  Antanta birliyindən çıxmasına gətirib çıxardı. Rusiya himayəsindən məhrum olmuş erməni quldur dəstələri geri çəkilən rus ordusunun ardınca qaçırdılar. İstər Qacar (İran) səltənəti ərazisinə (Urmiya), istərsə də Rusiya imperiyasının Cənubi Qafqaz ərazisinə  keçən ermənilər burada da silahsız, mülkimüsəlman əhalisinə qarşı soyqırımı davam etdirirdilər. Azərbaycanlıların qanlı Urmiya və Mart soyqırımları məhz bu dövrə təsadüf edir.

Nəhayət, 1918-ci ilin mayında Tiflisdə Cənubi Qafqazda üç respublikanın yaranması elan edilir. Artıq bölgədə söz sahibinə çevrilən Osmanlı məhz keçmiş Rusiya imperiyasının bu ərazisində, yəni Cənubi Qafqazda “erməni dövlətinin” yaradılmasına etiraz etmədi. Əslində, son günlərini yaşayan Osmanlı imperiyası buna getməyə məcbur idi. Daha sonra isə, Osmanlı imperiyası süqut etdi və Anadoluda milli-azadlıq hərəkatı başladı. Rusiyada isə, “qırmızılar” və “ağlar” arasında mübarizə, vətəndaş müharibəsi alovlandı.

Azərbaycanı 1918-ci ilin oktyabr-noyabrında tərk etmiş Osmanlının Qafqaz-İslam ordularını ingilislərin xüsusi korpusu əvəz etdi. Çünki Osmanlı uduzmuşdu, Antanta qələbə qazanmışdı. Antanta İttifaqının digər dövlətləri (İngiltərə, ABŞ, Fransa) keçmiş Rusiya ərazisini nəzarətə almışdılar. Bu ərazidə, Antanta ölkələri  Cənubi Qafqazda yaranmış 3 dövlət içindən daha çox ermənilərin tələblərini ödəməyə çalışırdılar. Amma aydın idi ki, Anadoluda ermənilərə “böyük hayastan” yaratmaq mümkün olmayacaq. Çünki Anadoluda milli-azadlıq hərəkatı başlanmışdı. Lakin Antanta İttifaqı Cənubi Qafqazda, İrəvan mərkəz olmaqla yaradılmış qondarma “ermənistan”a dəstək verirdilər.

Bu yaxınlarda azərbaycanlı bir tarixçinin Fransa arxivlərindən tapdığı sənədlərə görə, Antanta elitası Cənubi Qafqazda yaradılan “ermənistan”a, indi işğal altında olan torpaqlarımızı, yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Dağlıq Qarabağın ərazisini vermək fikrində idi. Bu təklifin qarşısını yalnız bir faktor alırdı: bolşevik Rusiyasının Cənubi Qafqaza iddiası. Nəhayət, bolşevik Rusiyası 1920-1921-də Cənubi Qafqazı işğal edir.

Amma rus bolşevikləri Qarabağı “ermənistan” adlı quruma vermirlər. Ermənilərə Göyçə, Zəngəzur hədiyyə edilir. Dağlıq Qarabağın niyə rus bolşevikləri tərəfindən “ermənistan” adlı quruma verilmədiyi elə indi də açılmayan məsələdir. Bəziləri bunu Nərimanovun fəaliyyətilə izah edirlər. Amma bu o qədər də inandırıcı deyil. Nərimanov kim idi ki, onun da sözünü Kremldə oturmuş rus bolşevikləri ciddiyə alsınlar? Etiraz etsə idi, onu aradan götürüb, ayrı bir müsəlman muzdlusunu tapmaq olardı. Burada məsələ daha dərin idi.

Bu məsələdə Türkiyənin mövqeyini şişirdənlər də var. Amma Qarabağın taleyini rus bolşevikləri 1921-ci il iyun-iyul ayında həll edəndə, Atatürk o zaman “Ankara üzərinə qələbə reydinə başlayan” yunanlarla döyüşlərə hazırlaşırdı. Antantaya qarşı dəstəyə görə, Azərbaycanın və Cənubi Qafqazın rus bolşevikləri tərəfindən işğalına sükutla yanaşan Atatürkü Anadolunu xilas etmək düşündürürdü, daha Cənubi Qafqazda işğal olunmuş Azərbaycan torpaqlarının taleyi onun gündəmində durmurdu.

Rus bolşevikləri Qərb dünyasında ermənilərin gücünü və Qərbin onları dəstəklədiklərini bilirdilər. Digər tərəfdən, rus bolşeviklərinin Atatürklə xüsusi münasibətləri erməni liderlərinin planlarını pozmuşdu. Belə olduqda, rus bolşeviklərinin yeganə yolu — erməni köpəyinin buruntağını əldə saxlamaq üçün Qarabağdan şantaj kimi istifadə etmək oldu. Yəni, imkan daxilində ermənilər üçün hər şeyi edirdilər, amma onlar üzərində nəzarəti də əldən buraxmırdılar. Ona görə, Kreml bolşevikləri tərəfindən Qarabağ ermənilərə deyil, formal olaraq “Azərbaycan sovet respublikası” adlı müstəmləkənin inzibati ərazisinə bağlandı.

QARABAĞ — ERMƏNİLƏRİ ŞANTAJ ETMƏK ÜÇÜN PREDMET

Diqqət yetirsək, SSRİ-nin dağılması heç də xaotik xətlə getmirdi. Baltik ölkələrə qarşı sovet ciddi bir repressiya aparmadı. Görünür, bu, Qorbaçov və Qərbin anlaşması idi. Amma Azərbaycana gəldikdə isə, istər Qorbaçovun SSRİ-si, istərsə də Yelsinin müstəqil Rusiyası bütün mümkün cəzalandırma mexanizmlərindən istifadə etdi. Qərbi Azərbaycan azərbaycanlılardan təmizləndi, Qarabağın Dağlıq hissəsi kəndbəkən işğal edildi.

Faktiki Qorbaçov və Yelsin Rusiyası ermənilərə vaxtilə Antantanın vəd etdiyi əraziləri işğal etməyə dəstək verdilər. Yəni, Kreml dünya ermənilərinə bildirdi ki, anqlo-sakson və ümumiyyətlə, xristian dünyasının haylara vəd etdiyi torpaqları de-fakto haylara verən və azərbaycanlılardan təmizləyən məhz Rusiya oldu. Amma yalnız işğal etməyə! Rusiya “arsax”ı de-yure tanımır.

Bu yerdə biz maraqlı bir məqama çatdıq. İşğal edilmiş ərazilərimizdə yaradılmış qondarma “arsax respublikası”nı Avstraliyanın iri Yeni Cənubi Uels ştatının parlamenti ayrıca bir dövlət kimi tanınması üçün Avstraliya hökumətinə müraciət edib. ABŞ-ın Rod-Aylend, Massaçusets, Men, Luiziana, Kaliforniya, Corciya, Havay və Miçiqan ştatlarının parlamentləri ABŞ prezidentinə və konqresinə müraciət ediblər ki, “arsax” müstəqil dövlət kimi tanınsın. Yəni, anqlo-sakson konfederativ dövlətlərin yerli muxtar parlamentləri “arsax”ı tanyır, amma həmin ölkələrin əsas federal parlamentləri tanımır.

İndi sual ortaya çıxır ki, niyə Rusiya, xristian, Qərb və hətta heç xristian olmayan, amma xristian Qərb dövlətlərindən asılı olan hansısa Asiya dövləti “arsaxı” tanımırlar?

İndi, Allah göstərməsin, sabah hansısa dövlət və ya dövlətlər “arsax”ı tanısalar nə baş verəcək?

Birincisi, qondarma “ermənistan”ı Rusiyaya bağlayan heç bir kart qalmayacaq. Necə ki, vaxtilə Rusiya türklərdən aldığı Bolqarıstana müstəqilliyi, türklərdən aldığı müsəlman Acariyanı Gürcüstana, almanlardan aldığı Qdansk və Qdınya limanlarını Polşaya vermişdi, amma bu dövlətlər artıq Rusiyanın heç də xeyirinə olmayan mövqe tutmuşlar. Kreml də anlayır ki, “arsax” dünya dövlətləri tərəfindən tanınsa, artıq beynəlxalq erməni qüvvəsi üzərində  nəzarəti tam itirəcək. Rusiyadakı erməni lobbisi bütünlüklə CİA-nın idarəsinə keçəcək.

İkincisi. Anqlo-sakson və  fransız elitası da anlayır ki, “arsax”ın tanınması ilə erməniləri bütünlüklə öz tərəflərinə və idarəsinə çəkə bilərlər. Amma bunun əvəzində Rusiya Azərbaycan Ordusunun qarşısını nəinki almayacaq, hətta özü Qarabağ torpaqlarının Azərbaycana qaytarılmasına rəvac verəcək.

Göründüyü kimi, əslində Qərb və Rusiya ermənilər uğrunda mübarizəyə başlayıblar. Rusiya üçün Azərbaycan yalnız iki məsələyə görə toxunulmazdır: 1) Qərbə tərəf hərəkət edən erməniləri cəzalandırmaq üçün qüvvə; 2) İranla Rusiya arasında “bufer”.

Qərb üçün də Azərbaycan yalnız  İran faktoruna görə maraqlıdır.

Doğrudur, biz deyə bilərik ki, Cənubi Qafqazda “ermənistan” və Gürcüstanla müqayisədə varlıyıq, Ordumuz da güclüdür. Amma biz varlıyıq təbii sərvətlərimizə görə, biz istehsal və “texnoloji cəhətdən güclü millət” deyilik. Ordumuz erməni və gürcü ordusu ilə müqayisədə güclüdür, amma erməniyə himayə edən Rusiya və ya gürcüyə himayədarlıq edən NATO qüvvələri ilə biz ordumuzu müqayisə edə bilmərik.

Beləliklə, mövcud durumda “arsax”ın de-yure tanınmasına yeganə maneə olan supergüc Rusiyadır. Çünki “arsax” de-yure tanınsa, artıq erməniləri Rusiyaya asılı edən güclü bir səbəb qalmır. Məsələn, Kremlin özünün yaratdığı tanınmamış “Dnestryanı respublikanı” heç özü de-yure tanımır. Çünki Moldova nə qədər müstəqil siyasət yeritsə də Rusiyadan asılı durumdadır. Əgər günü sabah Rusiya “Dnestryanı respublikanı” özü de-yure tanısa, Moldovanı öz əli ilə Rumıniyaya və NATO-ya sarı itələyəcək. Necə ki, Gürcüstan və Ukraynadakı separatçı qurumları tanıması ilə, Kreml artıq Tiflis və Kiyevə öz arasında “körpüləri yandırdığını” bildirdi.

DURUM HEÇ DƏ YAXŞI DEYİL

BMT-nin, Avropa Birliyinin rəsmi strukturlarının sənədlərində Dağlıq Qarabağ deyil, ətraf yeddi rayon erməni qüvvələri tərəfindən işğal edilmiş göstərilir. Yəni, faktiki Dağlıq Qarabağ Azərbaycanın siyasi ərazi kontekstindən çıxarılıb, mübahisəli, az qala sərhədləri müəyyənləşdirilməmiş ərazi kimi təqdim edilir. Madrid və Kazan prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendumun keçirilməsi, yəni ermənilərin rəyinin nəzərə alınması nəzərdə tutulur.

Amma bütün bu diplomatik və siyasi təhlükələrdən öncə bir siyasi-hərbi təhlükə ortada var. Rusiya ilə qarşıdurmada Qərb dünyası Cənubi Qafqazda ciddi problem yaratmaq üçün “arsax”ı de-yure tanımağa əl ata bilər. Bu cür gedişat Rusiyanın bölgədəki durumunu qəlizləşdirməklə yanaşı, ən əsası artıq Azərbaycan üçün öz ərizələrini de-yure itirilməsi demək olacaq. Bu isə, istər iqtisadi, istər hərbi və istərsə də siyasi sabitlik baxımından Azərbaycanda ciddi və ağrılı problemlər doğura bilər.

Bunun qarşısını almaq üçün Azərbaycan indidən çevik xarici siyasət strategiyasını qurmalıdır. Milli Məclis deputatları, siyasi partiyalar və QHT-lər səviyyəsində  Fransanın Korsika, İspaniyanın Kataloniya, İngiltərənin Şotlandiya separatçıları ilə münasibətlər yaradılmasına heç bir maneə qoyulmamalıdır. Bu bizim mesajımız olacaq ki, bizim dövlətimizi parçalamaq istəyirsinizsə, bizdə də sizin dövləti parçalayan separatçılarla münasibətlər qura bilərik.

Milli Məclis deputatları, siyasi partiyalar, QHT-lər və hərbçi analitiklərimiz səviyyəsində bildirilməlidir: əgər dünya bizi Qarabağdan məhrum edəcəksə, biz həmin ərazimizi elə hala sala bilərik ki, orada heç bir canlı orqanizm yaşaya bilməyəcək. Yəni, əgər Qarabağ bizim olmayacaqsa, heç kimin olmayacaq.

Bizim iqtidarımızın əlində beynəlxalq danışıqlarda güclü kartı olmalıdır. Bu kart — müxalifətdə duran ciddi millətçi və militarist partiya, Qarabağ məsələsində heç bir güzəşt tanımayan, “ermənistanda nə qədər azərbaycanlı varsa, onlar hansı muxtar hüquqlara malikdirlərsə, Azərbaycanda da bir o qədər erməni  olmalıdır və onlar da analoji hüquqlara malik olacaq!” mövqeyini qarşıya qoyan siyasi müxalif qüvvə olmalıdır.

Bu hansısa siyasi “təqaüdçü”, “ölü can” və ya hamının məsxərəyə qoyduğu “kloun” olmamalıdır.

Nə qədərki bizim iqtidarın müxalifəti Avropa dəyərlərinə sadiq qrupcuqlar, siyasi “təqaüdçülər”, fanatik islamçılar olacaqsa, ermənipərəst beynəlxalq qüvvələr iqtidarımıza və dövlətimizə güzəştlər almaq üçün hər bir təzyiq edəcəklər; istər Qarabağ məsələsində, istər digər məsələlərdə. Onların yeganə qorxduğu qüvvə millətçi, militarist və revanşist qüvvədir. Necə ki, onlar bizi təhdid edirlər, eləcə də biz onların çəkindiyi təhlükəni onlara nümayiş etdirməliyik!

Qarxunlu