96 saylı Goranboy-Naftalan seçki dairəsindən millət vəkili seçilən Anar Məmmədov növbəti dəfə seçicilərin müraciətini həll edib. Bu barədə deputat şəxsi feysbuk profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki, “şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcu, ən əsas vəzifəmizdir!

Öncədən də xəbər verdiyim kimi, seçicilərimiz tərəfindən bizə ünvanlanan müraciətlərə dərhal reaksiya verir və hər birinin operativ şəkildə həll olunmasına çalışırıq. Ötən qəbulların birində Goranboy rayonu Rəhimli kənd şəhidi Məmmədov İbrahim Nadir oğlunun ailə üzvləri Rəhimli kənd orta məktəbin qarşısında olan şəhid bulağına içməli suyun çəkilməsi ilə bağlı bizə müraciət etmişdilər. Biz də şəhid ailəsinin təklifini nəzərə alaraq, 7 №-li Regional Sukanal İdarəsinə bununla bağlı müraciət etdik. Məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə “Azərsu” ASC-nin sədri hörmətli Qorxmaz Hüseynova və 7 №-li Regional Sukanal İdarəsinin rəisi Xəqani Vəliyeva öz təşəkkürümü bildirir, onlara çətin və şərəfli fəaliyyətlərində davamlı uğurlar arzu edirəm”.