Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatı Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə onlayn görüş keçirib.

“Yeni Gündəm” xəbər verir ki, deputat seçiciləri ilə onlayn görüşün uğurlu keçdiyini düşünür:

Qeyd edək ki, bu gün növbəti dəfə 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə seçicilərin onlayn qəbulu təşkil etdilib.

Sevindirici haldır ki, seçicilərin müraciətini dinləməyə başlamadan öncə hər bir seçici ilk növbədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, ölkə başçısının ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanında olduqlarını diqqətə çatdırdılar.
Daha sonra görüşdə seçicilərin müraciətlərini dinlənildi. Ümumilikdə onlayn görüş 4 saat müddətində davam etdi.
Seçicilər müraciətlərində işıq, qaz, su və digər kommunal problemləri, o cümlədən onları qayğılandıran başqa problemləri diqqətimizə çatdırdılar.
Seçicilərimi narahat edən məsələlərin hər biri qeydiyyata götürüldü və müvafiq qurumlara müraciət olunması qərara alındı.

Bir daha bütün seçicilərimə səslənərək müraciət edirəm ki, hər zaman sizin yanınızdayam, sizin müraciətlərinizi dinləməyə hazıram və sizləri narahat edən məsələləri operativ şəkildə həll etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
İnanıram ki, bu cür görüşlər qarşılıqlı inam və etimadın güclənməsinə, birgə fəaliyyətə öz töhfəsini verəcək”.