Azərbaycanın bütün bölgələri kimi, Saatlı rayonunun igid oğulları da 44 günlük Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşmüşdür. Bu döyüşdə igidlərimiz şəhidlik, qazilik mərtəbələrinə yüksəlmişlər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza cansağlığı diləyirik.

“Yeni Gündəm”-in məlumatına görə, bu gün Saatlıdan seçilən millət vəkili Əziz Ələkbərli Saatlıda olmuş, bəzi şəhid ailələrinə, qazilərimizə baş çəkmişdir. Belə qazilərimizdən biri – zabit Fərhad Mürsəlovun 1-ci Qarabağ müharibəsində cəbhə yoldaşı mayor Əbdüləli Həsənovla görüşü onunçün gözlənilməz olmuşdur.