Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən  onlayn qəbulda sakinlərin müraciəti dinlənilib, istək və problemləri ilə maraqlanılıb.Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə deputat Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.

“Yeni Gündəm” xəbər verir ki, onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtlərinə əməl etmələri tövsiyə olunub.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.