Millət vəkili Cavid Qurbanov Kəlbəcər rayonundan olan, fiziki məhdudiyyətli istedadlı insanlarla  görüşüb. Görüşdə 10-a yaxın şəxs iştirak edib. Millət vəkili xüsusi diqqətə  ehtiyacı olan şəxslərin sosial qayğıları  ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə  ölkəmizdə əlilliyi olan  şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışılıb. Dövlət başçısı  İlham Əliyevin və birinci vitse – prezident Mehriban Əliyevanın  həmin  şəxslərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və reabilitasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib. Sonda görüş iştirakçıları  onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

     Qeyd edək ki, 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir.  Azərbaycan 2006-cı ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.