96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə qazilərin qayğıları ilə maraqlanıb. Bu barədə o öz şəxsi facebook hesabında paylaşım edib.

“Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.

İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin bütün bölgələrindən olduğu kimi qəhrəman Goranboy rayonu və Naftalan şəhərinin igid oğulları da torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak etmiş, şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmışlar. İlk gündən etibarən tapşırıq və tövsiyələrimiz əsasında nümayəndəmiz Elçin Cahangirov şəhid ailələrini ziyarət etmiş, qazilərimizin yanında olmuş,  səhhətləri və müalicələri ilə maraqlanmış, daxili imkanlarımız hesabına əlimizdən gələni etməyə çalışmışıq.

44günlük müharibə dövründə gedən döyüşlərdə yaralanan qazilərimiz və onların valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi”-deyə Anar Məmmədov öz paylaşımında qeyd edib.