Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb.

“Report” xəbər verir ki, nəticədə ümumi hərəkətdə təxminən 10 dəqiqə ləngimə olub.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin qatar depoya göndərilib: “Nasazlıq saat 07:43-də qatar stansiyada olarkən qeydə alınıb. Qısa müddətdə həmin qatar yenisi ilə əvəz olunub. Ümumi olaraq 10 dəqiqə ləngimə olsa da, bu qrafikə təsir etməyib. Hazırda qatarlar 2dəqiqə intervalla hərəkət edir”.