Meksikanın Herroro ştatında naməlum silahlı dəstənin hərbçilərə etdiyi hücum nəticəsində 15 nəfər öldürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmisi Roberto Alvares özünün “Facebook” səhifəsində yazıb.

“Silahlı şəxslər Müdafiə Nazirliyinin ordu bölməsinin hərbçilərinə hücum edib. Nəticədə bir hərbçi və 14 silahlı mülki şəxs öldürülüb”.

Yerli mətbuatın xəbərinə görə, hadisə yerinə Meksikanın Baş prokuroru Xorxe Barilla gəlib və insidentlə bağlı araşdırmanı özü aparır.