ABŞ-da “McDonald’s” restoranlar şəbəkəsində yedikləri salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.

Bakıxəbər.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl – iyulun ortalarında “McDonald’s” salatından zəhərlənmə ilə bağlı təqribən 90 hal qeydə alınmışdı.

Araşdırmalar göstərib ki, “Fresh Express” adlı salatda xəstəlik törədici “Cyclospora cayetanensis” mikroskopik paraziti olub. Hadisədən sonra restoran rəhbərliyi 3 min qida yerindən salatları geri qaytarıb və məhsul tədarükçüsünü dəyişib.

Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb.