Rusiya ilə Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı daim işgüzar təmasdadır”.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bu məsələyə dair müxtəlif səviyyələrdə, o cümlədən xarici işlər nazirləri, xüsusi nümayəndələr, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir: “Təmas saxlamaq deyəndə, sadəcə, diplomatik protokol qaydasına əməl etmək deyil, məhz diplomatlar, hərbçilər, ekspertlər arasında işgüzar təmaslar, nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulur. Bütün bu əlaqələr imkan daxilində mövqelərimizi yaxınlaşdırmaq, problemli məsələlərə dair isə ortaq nöqtələr tapmaq məqsədi daşıyır”.