Fransa Prezidenti Emmanuel Makron miqrant qəbul etmək istəməyən Avropa Birliyi ölkələrinə iqtisadi sanksiya tətbiq edilməsini istəyib.

Bakıxəbər.az -ın məlumatına görə, prezident bu barədə İspaniyanın baş naziri Pedro Sançez ilə görüşü zamanı deyib.

“Fransa və İspaniya miqrantlarla bağlı problemin təsirli və hümanist şəkildə həll edilməsi məsələsində eyni strategiyaya sahibdir”,-deyə o qeyd edib.

Makron sabah Brüsseldə keçiriləcək toplantıda miqrantların özlərinə ən yaxın limanda yerləşdirilməsini təklif edəcəyini deyib.