Kornavirus pandemiyasının hökm sürdüyü bu çətin günlərdə əsas problemlərdən biri də insanların işlə təmin edilməsi, pul qazanmasıdır.

“Yeni Gündəm” xəbər verir ki, “Mak Marin LTD” şirkəti bu çətin günlərdə bir çox işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirib. Şirkətin rəhbəri Mətanət Süleymanzadə açıqlamasında bildirib ki, may ayının 20-dən bu günə qədər bir çox vətəndaşların müraciəti olub: “Həmin vətəndaşlar peşə və ixtisaslara layiq, təcrübəli, yüksək səviyyəli ixtisasçılardır. Montajçı, qaynaqçı, elektrik, fəhlə və digər ixtisas sahibləri ixtisaslaşdırıldıqdan sonra müvafiq işlərə yönləndirilib. Həmin vətəndaşlardan dünən 50 nəfərini mərmər işinin yerinə yetirilməsi üçün “Ağ şəhər” layihəsinə təqdim etdik”.
M. Süleymanova əlavə edib ki, “Ağ şəhər” proyektində “Torqon” şirkətinin rəhbərliyi ilə danışıqlar aparıldı və müqavilə imzalandı: “Həmin vətəndaşlar bugün səhər saat 8-dən artıq işdədirlər. “Stay” şirkətində bu günlərdə 32 nəfər vətəndaş işlə təmin olunub. Bundan başqa, digər şirkətlərlə də danışıqlar aparılır. Artıq 150 nəfər işçinin sənədlərini təqdim etmişik. Gələn həftədən həmin vətəndaşlar işlə təmin ediləcək. Bundan əlavə, “Paşa İnşaatın” layihəsi olan “Ağ Şəhər” layihəsində çalışmaq üçün 200 nəfər vətəndaşın işlə təmin olunmasını həyata keçirəcəyik. Bu günə qədər 4 şirkətlə müqavilə bağlamışıq. Şirkətimiz bu günlərdə Azfenin Dərnəgül layihəsinə də vətəndaşların işləməsi üçün müqavilə imzlayıb. Həmçinin Azfenin “Akkord” layihəsində də vətəndaşlarımız işlə təmin edilib. Hazırda orada da 10-na yaxın vətəndaşlarımız işləyir”.
Vətəndaşların işlə təmin edilməsi üçün əlindən gələni edəcəyini deyən İş xanımı qeyd edib ki, qarşıda böyük layihələri var: “Gələcək planlarımızda 300-400 vətəndaşın işlə təmin olunması var. Bunun üzərində çalışırıq”.