ABŞ Prezidenti Donald Trampın digər ölkələrin liderlərinə qarşı sui-qəsdlərə hazırlığa imkan verməyəcəyinə inanırıq.

Bakıxəbər.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyası ilə xalqa müraciəti zamanı deyib.

“İstərdim ki, Ağ Ev və Kolumbiyanın yeni hökuməti sui-qəsddə iştirak edənlərlə əlaqələrini təqdim etsin. İnanıram ki, prezident Donald Tramp ABŞ ərazisində Venesuela kimi ölkələrin mülki və hərbi liderlərinə qarşı sui-qəsdlər hazırlanmasına imkan verməyəcək. Trampdan qısa zaman çərçivəsində cavab gözləyirəm”, – o bildirib.