Qax rayonu Nizami Gəncəvi adına İlisu kənd tam orta ümumtəhsil məktəbinin müəlliməsi Səlimə Seydəliyevanın “Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi” layihəsi bu ilin iyun ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənərək həyata keçirilməyə başlayıb. Layihənin məqsədi İlisu kənd orta ümumtəsil məktəbində göstərilən psixoloji xidmətin təkmilləşdirilməsidir.

Layihə çərçivəsində valideyn, psixoloq və şagird qrupları formalaşdırılaraq təlimlər keçirilmişdir. Seminarlar təlimçi Günay İbrahimova tərəfindən keçirilmişdir.

Hazırda layihənin ikinci mərhələsi üzrə nəzərdə tutulmuş işlər yekunlaşmış və üçüncü mərhələyə start verilmişdir.

Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması həyata keçirilmiş, valideyn, psixoloq və şagird qrupları ilə təlimlər təşkil olunmuşdur. Formalaşmış qruplarla “Psixi inkişafın zəmini və şərtlər”, “Kiçik məktəb yaşı dövründə psixi inkişaf”, “Uşaq tərbiyəsində cəzalandırma”,“Uşaqlarda məsuliyyət hissi və məsuliyyət yaşı” “Valideyn uşaq münasibətlərinin psixoloji aspektləri” “İmtahan dövrü ərzində şagirdlərə psixoloji dəstək” “Bədən dili” mövzuları üzrə silsilə təlimlər keçirilmiş, qrup işləri, buzqıranlar təşkil olunmuş, layihə çərçivəsində hazırlanmış bukletlər, kitabçalar və paylama materialları layihə iştirakçılarına və məktəb kitabxanasının fonduna təqdim olunmuşdur. Təlimlər Qax şəhəri İlisu kəndi tam orta məktəbində həyata keçirilmişdir. Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi tərəfindən dəstəklənən layihə bu ilin sentyabr ayında başa çatacaqdır.

“Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi” layihəsinin işçi qrupu
"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ