“Məhərrəm ayında İraqdakı müqəddəs yerləri 14 mindən çox azərbaycanlı zəvvar ziyarət edib”.

“Report” xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfiri Fadhi Avad Cebur əl-Şuvayli mətbuat konfransında deyib.

O, məhərrəm ayı ilə bağlı keçirilən tədbirlərdə hər hansı xoşagəlməz hadisənin baş vermədiyini söyləyib.