Bu gündən Prezident İlham Əliyevin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam qüvvəyə minib.

Bakıxəbər.az xəbər verir ki, sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb.

Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.