“Son zamanlar aydın görünür ki, Belarus ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrdə əhəmiyyətli irəliləyiş var”.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aİ-nin büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşdə deyib.

Belarus Prezidenti əlaqələrin inkişafına birgə layihələrin həyata keçirilməsinin yardım etdiyini vurğulayıb: “Son zamanlar Aİ tərəfdən belə layihələrin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artıb. Bu layihələr qarşılıqlı faydalıdır, gəlin, elə bu istiqamətdə də hərəkət edək”.

A.Lukaşenko həmçinin Aİ ilə iqtisadi-ticarət əlaqələrinin inkişafını da yüksək qiymətləndirib.