Resmi.info xəbər verir ki,Leyla Abdullayevanın məqalə və yazıları,eləcə də şerləri dövrü mətbuatda mütəmadi olaraq dərc edilərək ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılıb.
Xatırladırıq ki,Leyla Vəkilqızı Abdullayeva ( İsmayılova) 1971-ci il sentyabrın 13 də qədim Borçalı mahalının Dmanisi rayonundakı Az.Gəyliyən kəndində anadan olub.
1988- ci ildə orta məktəbi,1992-ci ildə Bakı Baza Tibb məktəbini bitirib.
Elə həmin ildən bu günkü günə kimi Bakı şəhər Təcili Tibbi Yardım stansiyasının 2 saylı bölməsində tibb bacısı vəzifəsində çalışır.
Uzun müddətdir ki,bədii yaradıcığıqla məşğuldur.
Onun erləri ilk dəfə 2017-ci ildə”Zim.Az”,”Zirvə.info”saytlarında dərc olunub.
“Yurdum Gəyliyəndir,elim Borçalı”, “Söz buketi”, “Şuşaya sancılan bayraq” kitablarının müəllifidir.
Təbrik edirik.
